10 sentyabr 2026 22:31
106

Gəncədə iki avtomobil toqquşub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.