10 sentyabr 2026 23:58
96

Zirvədən boylanan ömür

Şəhid ömrü əbədidir,  amma  hər kəsə nəsib olmur. Vətən, torpaq yolunda şücaət göstərib,  canını fəda etməklə  bu müqəddəs zirvəyə ucalırsan.  Məhz  Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuş Orxan Əli oğlu Mirzəyev  19 yaşında 44 günlük haqq savaşımızda  qana  susamış düşməni  qanda boğmaqla  tarix yazıb. Qısa ömür yaşasa da, şərəfli ölümü ona ürəklərdə əzəmətli abidə ucaldıb. Vətən naminə göstərdiyi  misilsiz  qəhrəmanlığı  dillərdə dastan olacaq, nəsillər dəyişdikcə mənən yaşayacaq  və hər zaman qürurla, iftixarla xatırlanacaq.  Həmçinin  səpdiyi qəhrəmanlıq toxumu ürəklərdə cücərməklə doğma Azərbaycanımızın qüdrəti daha da artacaq.

Orxan Əli oğlu qanı bahasına Vətəni yaşatmağı bacardı. İndi cismən aramızda olmasa da, harada bir günəş müqəddəsliyi var, onun sorağı oradan gəlir. Dövlət də qəhrəman oğlunu  3-cü dərəcəli “Vətənə  xidmətə görə” ordeni,  “Vətən uğrunda”, Laçının və  Suqovuşanın azadlığına  görə medalı ilə təltif edib. Orxan təkcə yaxınlarına,  doğmalarına deyil, bütün Azərbaycan xalqına əzizdir.

Adı çəkiləndə qürur duyduğumuz Orxan Mirzəyev elə uşaqlıqdan Vətəninə sevdalı böyüyüb və saf sevgi  hər əməlində bilinib.  Ondakı  səmimiyyət, cəsurluq və böyüklərə ehtiram orta məktəb illərində özünü yaxşı göstərib. Daxili aləmindən gələn mənəvi keyfiyyətləri Orxanı  müəllimlərinin, dostlarının sevimlisi  edib.  Müstəqil  həyata qədəm qoyanda  o, öz xoşbəxtliyini  xalqın ümumi səadətində, bütün varlığı ilə bağlandığı doğma yurdun tərəqqisində görüb. Damarlarında axan qanda Vətən eşqi, ana mehri, el sevdası çağlayıb.

Orxan birinci canına  yağı dadanmış, hər qarışını canından əziz bildiyi Azərbaycana əsgər olmağı oxumaqdan üstün bilib. Cəbhə bölgəsində xidmət etməklə torpağını göz-bəbəyi kimi qoruyub. Ürəyində mənfur erməni dığalarına kin, nifrət bəsləməklə  hər an onlardan qisas almaq üçün məqam axtarıb.  Müharibə meydanında düşmənə qalib gəlməkdən ötrü  hərbiçiyə lazım olan bütün təlimlərə ürəklə qatılıb, həmişə də döyüş igidliyinə görə fərqlənib. Xidmət dövründə Orxanın komandirlərin verdiyi tapşırıqları vaxtında,  məsuliyyətlə yerinə yetirməsi,   intizamı, cəsarəti və əsgər yoldaşlarına qarşı sevgisi, sədaqəti onu həmişə   başıuca edib. Arzusu da düşmənlə  sona qədər döyüşüb qisas almaq olub.

2020-ci ilin 27 sentyabrı. Dığalardan qisas alaraq 30 ilə yaxın əsir düşən əzəli yurd yerimiz –Qarabağımızı azad etmək məqamın yetişdiyi gün. Azərbaycanın müqəddəsliyinə tapınan, bu  şərəfli vəzifəni   yerinə yetirənlərin arasında əsgər Orxan Mirzəyev birincilər sırasında,  könüllü olaraq odun-alovun içinə  atılıb.   Müharibənin getdiyi ən ağır, qaynar nöqtəsində  ölümə meydan oxumaqla  misilsiz qəhrəmanlıq örnəyi göstərib. Bir neçə gün ərzində  öz dəstəsi ilə düşmənin çoxsaylı  canlı qüvvəsini, texnikasını və silah-sursat anbarını məhv ediblər.  İgid əsgər daha sonra Laçın dağlarında gedən ölüm-dirim  savaşında  dığalara qan qusdurub. Hər qarış  torpaq uğrunda can qoyan  Orxan   düşmənin snayper gülləsinə tuş gəlib, qələbə bayrağımız ucalan yerdə  şəhadət şərbətini  içib.  Bununla da  onun şərəfli ölümü Vətən sevgisinin ucalığını bir daha nümayiş edib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü