09 sentyabr 2026 21:21
100

Ankarada içi tütünlə doldurulmuş 2 milyon 160 min makaron ələ keçirilib

Ankaranın Gölbaşı rayonundakı qaçaqçılıq əməliyyatında içi doğranmış tütünlə dolu 2 milyon 160 min makaron ələ keçirilib.

“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, Ankara Təhlükəsizlik İdarəsindən verilən açıqlamaya görə, qaçaqçılıq əməliyyatı Gölbaşı Cumhuriyyət Baş Prokurorluğunun koordinasiyasında Qaçaqçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi tərəfindən keçirilib. Hadisə ilə əlaqədar bir şübhəli saxlanılıb. Şübhəli barəsində "5607 saylı Qaçaqçılıqla Mübarizə Qanunu" çərçivəsində məhkəmə proseduru başladılıb.