09 sentyabr 2026 20:31
87

Daha üç alpinistin meyiti aşkarlanıb

Kabardin-Balkar Respublikasının Bezengi dərəsində axtarış-xilasetmə əməliyyatı nəticəsində daha üç alpinistin meyiti aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bununla da Mijirgi dağında qar uçqunu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb. "Hazırda üç alpinistin taleyi məlum deyil", - məlumatda bildirilir. Həlak olanların meyitləri helikopterlə Nalçikə aparılıb və hüquq-mühafizə orqanlarının istintaq-əməliyyat qrupuna təhvil verilib.

Bezengi dərəsində qar və buz kütləsi səbəbindən axtarış-xilasetmə işləri dayandırılıb.