Taliban hökuməti Əfqanıstanda 2021-ci ildə əvvəlki hökumətin süqutundan sonra qalmış ABŞ silahlarının və hərbi texnikasının geri qaytarılması ilə bağlı Prezident Donald Trampın tələbini yenidən rədd edib.
“İki sahil” “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Əbdülqəhhar Bəlxi açıqlayıb. O vurğulayıb ki, sözügedən texnika və silahlar artıq Əfqanıstan dövlətinin mülkiyyətidir və bu barədə hər hansı sövdələşmələr aparılmır. Bəlxi ABŞ-nin Əfqanıstanda apardığı müharibəni xatırladaraq, Vaşinqtonun ölkəyə vurduğu zərərə görə əvvəlcə özü “haqq-hesab verməli” olduğunu bildirib.
ABŞ-nin Müdafiə Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin avqustunda Talibanın nəzarətinə keçən əvvəlki Əfqanıstan ordusunun sərəncamında ABŞ-nin maliyyəsi ilə alınmış təxminən 7 milyard dollar dəyərində silah və hərbi texnika olub. Tramp Ağ Evə qayıtdıqdan sonra həmin silahların qaytarılmasını dəfələrlə tələb edib.
Pakistan bölgədə gərginliyin azalmasına kömək edəcək şərait yaratmağa çalışır
Britaniya aeroportlarında texniki nasazlıq səbəbindən 1,9 min reys ləğv edilib