09 sentyabr 2026 11:00
104

Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib

“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş fan zona çərçivəsində Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib.

Tədbir zamanı tanınmış cüdoçu azarkeşlərlə görüşüb, onlar üçün avtoqraf imzalayıb və xatirə fotoları çəkdirib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.