07 sentyabr 2026 23:05
113

Messi və Ronaldu eyni komandada meydana çıxacaqlar

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən Kriştianu Ronaldu karyerasını başa vuran Karlos Tevesin vida matçında eyni komandada oynayacaqlar.

“İki sahil” "GOAL"a istinadən xəbər verir ki, bu barədə Karlos Teves özü açıqlama verib. Vida qarşılaşmasının 2026-cı ilin dekabrında Buenos-Ayresdəki "La Bombonera" stadionunda keçirilməsi planlaşdırılır. "Messi və Ronaldunu eyni komandada görmək həmişə arzum olub. Onlar bütün zamanların ən böyük futbolçularıdır. Hər ikisi ilə əlaqə saxladım, xüsusilə də Ronaldu ilə danışdım. Ona dedim ki, vida matçımda sənin və Messinin eyni komandada oynamasını istəyirəm. Bütün dünyanın bir gün bu möcüzənin şahidi olmasını arzulayıram. O, razılaşdı. Leonu da razı salmaq çətin olmadı. Hər ikisi təklifimi qəbul etdi. Çox həyəcanlıyam, bu oyun çox emosional olacaq", – deyə Teves bildirib.

Qeyd edək ki, Karlos Teves Argentina millisində Lionel Messi ilə, "Mançester Yunayted"də isə Kriştianu Ronaldu ilə birlikdə çıxış edib.