Yaponiyanın paytaxtı Tokioda fiqurlu konkisürmə üzrə "Kinoshita Cup" yarışı keçirilib.
“İki sahil” xəbər verir ki, turnirdə fərdi neytral idmançılar (AIN) daxil olmaqla 6 ölkənin beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən 11 təmsilçisi mübarizə aparıb. Yarışda Azərbaycanı fiqurlu konkisürən Veronika Jilina təmsil edib. O, yarışın nəticəsinə əsasən 193 xal toplayaraq yekun sıralamada 6-cı pillədə qərarlaşıb.
Canni İnfantino 2027-ci ilin mart seçkilərində yenidən namizədliyini irəli sürəcək
Viktor Osimhen və Mario Lemina üç həftə yaşıl meydanlardan kənarda qalacaqlar