24 oktyabr 2026 21:45
171

İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir.

“İki sahil” xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino deyib.

Ali futbol qurumunun rəhbəri yarışın açılış mərasimində fikirlərini bölüşüb:

"Futbol hər kəsə məxsusdur. Bizim üçün hər bir istedadlı oyunçuya şans vermək lazımdır. U-15 dünya çempionatı və festivalı həqiqətən dünyanı birləşdirir".

Xatırladaq ki, turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək.