06 sentyabr 2026 15:27
86

"Neftçi SOCAR" yarımfinalda məğlub olub

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın yarımfinal mərhələsində Fransa komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 15:13. "Ağ-qaralar" daha əvvəl 1/4 finalda Monqolustanın "Ulan-Bator Amazons" kollektivinə qalib gəlmişdi - 21:18.

Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.