06 sentyabr 2026 08:57
83

İsrail Livanın cənubunu yenidən bombalayıb

İsrail Livanın cənubuna yenidən zərbələr endirib.

“İki sahil”  xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücum, Hizbullahın Livanın cənubundakı təhlükəsizlik zonasında İsrail qoşunlarına zərbələr endirməsinə cavab olaraq həyata keçirilib.