06 sentyabr 2026 08:56
80

İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz təyyarəyə hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının təhlükəsizlik zonasına girməyə çalışan ABŞ-yə məxsus pilotsuz yerüstü aparatı vurub.

“İki sahil” xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb.

Bundan əvvəl İran ordusu dəniz blokadasında iştirak edən iki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə ballistik raket zərbələri endirdiyini bildirmişdi.