05 sentyabr 2026 17:43
107

"Neftçi SOCAR" 1/4 finala vəsiqə əldə edib

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Almaniyaya 16:11 hesabı ilə qalib gəlib. Komanda daha əvvəl Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə 12:22 hesabı ilə uduzub. Bununla da "Neftçi SOCAR" 1/4 finala vəsiqə əldə edib. Komandanın A qrupundakı yekun mövqeyi son oyundan sonra bəlli olacaq.

Qeyd edək ki, final mərhələsinin həlledici oyunları sentyabrın 6-da keçiriləcək.