“Tramp marşrutu”nun təməli 2027-ci ilin əvvəlində qoyula bilər.
“İki sahil” xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan “Semafor” portalına müsahibəsində bildirib. Səfir TRIPP-in irəlilədiyini, bu ilin sonunda layihə üzrə texniki-iqtisadi əsaslandırmanın gözlənildiyini və irəliləyişin gələn ilin əvvəlində mümkün olacağını vurğulayıb.
Diplomatın sözlərinə görə, Ermənistan TRIPP dəhlizinə sadiqliyini vurğulayır, eyni zamanda, Rusiya və İranla əlaqələrini qoruyub saxlamağa çalışır.
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır