Macarıstanın Baş naziri Peter Macyar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya Ukraynanın Avropa İttifaqına (Aİ) tələsik qəbulunu dəstəkləməyəcəklərini bildirib.
“İki sahil” xəbər verir ki, Macyar bunu Budapeştdə Koşta ilə görüşdən sonra “Facebook”da yazıb. “Bir daha təsdiqlədim ki, Macarıstan namizəd ölkələrin heç biri üçün Aİ-yə üzvlüyün sürətləndirilmiş prosedurunu dəstəkləmir”, - deyə hökumət başçısı qeyd edib.
Macyar, həmçinin Aİ rəhbərliyindən Macarıstana tətbiq olunan gündəlik 1 milyon avro məbləğində cərimənin ləğvi məsələsinin ən qısa zamanda həllini gözlədiyini bildirib.
Qeyd edək ki, Aİ Ədalət Məhkəməsi 2024-cü ilin iyununda Macarıstana 200 milyon avro məbləğində birdəfəlik cərimə tətbiq edib və qərarın icrasında hər gecikdirilən gün üçün əlavə 1 milyon avro ödəmək öhdəliyi qoyub. Cərimə Budapeştin Aİ-nin sığınacaq və miqrasiya qaydalarına əməl etməməsi ilə əlaqədar tətbiq olunub.
Nyu-Yorkda şagirdlərin dərs zamanı süni intellektdən istifadəsinə müvəqqəti qadağa qoyulub
“Boeing” ABŞ Federal Aviasiya Administrasiyasına 3,1 milyon dollar cərimə ödəyib