Hindistanın Uttar-Pradeş ştatında baş verən daşqınlar nəticəsində 16 784 nəfər təxliyə edilib, 3 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Hindustan Times" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakətin nəticələri ştatın 35 dairəsindən 23-nə təsir edib. Bəzi ərazilərdə təkrar daşqın təhlükəsi qalmaqdadır. Xüsusilə Balliya dairəsində Qanq və Sarayu çaylarında suyun səviyyəsinin yüksəlməsi təxminən 20 500 nəfərə təsir edib.
Daşqınlar nəticəsində 3 nəfər, o cümlədən Pratapqarhda 18 aylıq uşaq, Qacraula şəhərində isə 32 yaşlı qadın və 55 yaşlı kişi həlak olub. Həmçinin yüzlərlə evə ziyan dəyib. Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatlarına 1 499 qayıq və motorlu kater, eləcə də 1 067 tibbi briqada cəlb edilib. Ştat hakimiyyəti 1 311 müvəqqəti yaşayış məntəqəsi yaradıb.
Nyu-Yorkda şagirdlərin dərs zamanı süni intellektdən istifadəsinə müvəqqəti qadağa qoyulub
“Boeing” ABŞ Federal Aviasiya Administrasiyasına 3,1 milyon dollar cərimə ödəyib