ABŞ-ın Nyu-York şəhərində ibtidai və orta məktəb şagirdlərinin dərs zamanı süni intellektdən istifadəsinə müvəqqəti qadağa qoyulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nyu-York meri Zöhran Mamdani məlumat verib. O bildirib ki, 2026–2027-ci tədris ilində dövlət məktəblərində ibtidai və orta məktəb şagirdlərinin dərslərdə süni intellekt texnologiyalarından istifadə etməsinə icazə verilməyəcək. Mer bildirib ki, uşaqlara məktəbdə sual vermək, fərziyyələri sorğulamaq, araşdırmaq və “niyə?” sualını vermək öyrədilir. Onun sözlərinə görə, süni intellektdən istifadə məsələsində də eyni yanaşma tətbiq edilməlidir. Qərara əsasən, ekran qarşısında keçirilən vaxt da məhdudlaşdırılacaq. 3–5-ci sinif şagirdləri üçün bu müddət gündə 30 dəqiqə, 6–8-ci sinif şagirdləri üçün isə 45 dəqiqə olacaq. Bundan əlavə, bütün siniflərdə köməkçi çat-botlardan istifadəyə qadağa qoyulacaq.
Məktəblərdə istifadə olunan texnoloji vasitələr də nəzərdən keçiriləcək və zəruri olmadığı müəyyən edilən bəzi proqram və alətlər istifadədən çıxarılacaq.
Qeyd edək ki, Nyu-York ştatında ötən tədris ilində də şagirdlərin məktəblərdə mobil telefonlardan istifadəsinə qadağa qoyulmuşdu.
“Boeing” ABŞ Federal Aviasiya Administrasiyasına 3,1 milyon dollar cərimə ödəyib