02 sentyabr 2026 23:40
100

Qara dənizdə şübhəli cisimlər məhv edilib

Türkiyə ordusu tərəfindən Qara dəniz Ereğli, Sakarya Karasu, İstanbul, Karaburun, Türkeli Ləngər Sahəsi və Çatalca bölgələrində su üzərində aşkarlanan şübhəli cisimlər məhv edilib.

“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Qara dənizdə mina təhdidinə qarşı Hərbi Dəniz Qüvvələri Komandanlığına tabe olan gəmilər və dəniz hava vasitələri ilə kəşfiyyat-müşahidə fəaliyyətləri 7/24 əsasında davam etdirilir", - məlumatda bildirilib.