01 sentyabr 2026 01:10
379

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "NEWS.am"a komitədən bildirilib.

İstintaqın maraqları naminə işin təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, A. Ağababyan "Həyat üçün ölkə" Partiyasının üzvüdür.