31 avqust 2026 20:41
87

Şuşa-Laçın yolunda faciə: İki şirkət əməkdaşı həyatını itirib

Şuşa-Laçın avtomobil yolunda aparılan tikinti-qazıntı işləri zamanı bədbəxt hadisə baş verib.

Hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər zamanı qeydə alınıb.

Belə ki, “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.” şirkətində işləyən topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə qazıntı işləri zamanı həyatlarını itiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin başvermə səbəbləri və digər hallar hazırda prokurorluq tərəfindən araşdırılır.

Trend