31 avqust 2026 17:19
101

Hövsanda su kəsiləcək

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində sabah günorta saatlarınadək suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

"İki sahil" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadən xəbər verir.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.