ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sanksiyalara məruz qalmış NIS ("Serbiya Neft Sənayesi") şirkətinin əməliyyat lisenziyasının müddətini sentyabrın 30-dək uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Xandanoviç bildirib.
"OFAC "Serbiya Neft Sənayesi" şirkətinin əməliyyat lisenziyasını sentyabrın 30-dək uzadıb, bu da şirkətə öz fəaliyyətini və Pançevodakı neft emalı zavodunun işini davam etdirməyə imkan verəcək", - qurumun mətbuat xidməti nazirin sözlərini çatdırıb.
NIS sahibləri ABŞ sanksiyalarına görə öz aktivlərini satmaq məcburiyyətindədirlər. 2025-ci ilin yanvarında ABŞ-nin Maliyyə Nazirliyi Serbiya şirkətini onun majoritar səhmdarı olan "Qazprom neft"lə birlikdə sanksiyalar siyahısına daxil edib. Bir neçə təxirəsalmadan sonra məhdudiyyətlər həmin il oktyabrın 9-da qüvvəyə minib.
2025-ci il noyabrın 11-də Serbiyanın Energetika Nazirliyi bildirib ki, NIS-in rusiyalı sahibləri şirkət üzərində nəzarəti üçüncü tərəfə verməyə hazır olduqları barədə ABŞ-ni məlumatlandırıblar.
Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq