Türkiyənin İstanbul vilayətinin Zeytinburnu rayonunda iki tramvay toqquşub.
“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, toqquşmadan sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.