Hətta bu yaxınlarda Azərbaycanda 16 yaşdan kiçikuşaqların sosial mediadan istifadəsinə qoyulan qadağayabaxmayaraq, onlayn vərdişlərin kökümöhkəmlənməkdədir: uşaqlar bu və ya digər şəkildərəqəmsal mühitlə təmasdadırlar və hətta məhdudiyyətləraradan qaldırıldıqdan sonra belə, yenidən sosialplatformaların aktiv istifadəçisi olmağa çalışacaqlar. Bunagörə də, uşaqların bu mərhələyə qədər əsas rəqəmsaltəhlükəsizlik bacarıqlarını inkişaf etdirmələri vacibdir - bu, onlara gələcəkdə onlayn fırıldaqçılıq, kiberhücum və digərrəqəmsal risklər daxil olmaqla, bir sıra kibertəhdidlərləmübarizədə kömək edəcək.
MEDİA-nın müvafiq sorğusunda iştirak edənlərin təxminən90 faizi sosial mediadan istifadə edən uşaqların təhsil vətərbiyəsinin mənfi təsirə məruz qaldığını hesab edir. Burəqəm cəmiyyətin rəqəmsal mühitin risklərini nə dərəcədəciddi qəbul etdiyini göstərir. Uşağın təhlükəsizliyinindayağı təkcə valideyn nəzarəti deyil, həm də onların özməlumatlılığıdır: təhdidləri tanımaq və müvafiq şəkildəcavab vermək bacarığı. Valideynlər bu riskləri nəzərəalmalı və yalnız məhdudlaşdırıcı deyil, həm dəmaarifləndirici strategiya hazırlamalıdırlar: uşaqlarınatəhlükəsiz onlayn davranış qaydalarını izah etməli, nümunələrlə göstərməli və müntəzəm olaraq müzakirəetməlidirlər.
Əvvəlcə uşağa bir neçə sadə qaydanı izah etməklazımdır:
• Ünvan, telefon nömrəsi, məktəb məlumatları, şifrələrvə uşağı və ya onun ailəsini müəyyən etməyəkömək edə biləcək digər məlumatlar qismində şəxsiməlumatları tanımadığı insanlarla paylaşmamaq.
• Şübhəli linklərə klikləməmək - hətta tanıdığı biritərəfindən göndərilsə və ya hədiyyə, endirim və yamaraqlı bir müsabiqəyə qatılmaq vəd edilsə belə.
• Foto və ya video paylaşmazdan əvvəl özü və ya yerihaqqında hansı məlumatları açıqlaya biləcəyini vəşəxsi məlumatların paylaşılmasının nəticələrinin nəola biləcəyi barədə düşünmək.
• Əgər tanımadığı şəxs ondan başqa bir messencerəkeçməyi, foto və ya şəxsi məlumatını göndərməyivə ya söhbəti valideynlərdən gizli saxlamağıistəyərdə, uşaq bunu böyüklərə deməli olduğunubilməlidir.
• Uşaq şübhəli və ya xoşagəlməz məzmunlaqarşılaşarsa, problemi özləri həll etməyəçalışmasın; bunun əvəzinə, valideynlər və ya etibaretdiyi başqa bir böyüklə əlaqə saxlasın.
Eyni zamanda, rəqəmsal təhlükəsizlik yalnız qadağalar və hərtərəfli nəzarət üzərində qurulmamalıdır. Uşaqlarıninternetdə səhv hərəkəti və ya üzləşdiyi xoşagəlməzvəziyyət barədə valideynlərinə danışmaqdanqorxmadıqları bir mühit yaratmaq vacibdir.
Valideynlər həmçinin təhlükəsizlik alətlərindən istifadəetməlidirlər: ikifaktorlu identifikasiyanı aktivləşdirməli, cihaz yeniləmələrini quraşdırmalı, güclü şifrələrdən istifadəetməli, valideyn nəzarəti və zərərli faylları, saxta veb-saytları və istənməyən zəngləri bloklamaq imkanı təminedən proqram quraşdırmalıdırlar. Lakin, hətta ən müasirtexnologiya belə, rəqəmsal savadlılığın və uşaqla açıqünsiyyətin yerini verə bilməz.
Valideynlərin əsas vəzifəsi sadəcə uşaqlarının potensialtəhlükəli məzmuna çıxışını məhdudlaşdırmaq deyil, həmdə onlara riskləri müstəqil şəkildə tanımağı və rəqəmsalmühitdə təhlükəsiz davranmağı öyrətməkdir. Bu vərdişlərnə qədər tez inkişaf etdirilərsə, uşaqlar böyüdükcəinternetdən daha inamlı istifadə edəcəklər.