Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarlara müraciət edib.
“İki sahil” xəbər verir ki, KOBİA-dan bildirilib ki, avqustun 27-də Astara və Lənkəran şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes subyektləri ilə görüş təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov müvafiq şəhərlər üzrə sahibkarların müraciətlərini dinləyəcək, suallarını cavablandıracaq.
Görüş saat 11:00-dan etibarən Astara şəhərində Heydər Əliyev Mərkəzində (Ünvan: İstiqlaliyyət küçəsi, 26B) keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə görüşə gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (Tel.: 055 500 12 53, e-mail: [email protected], Seymur Murtuzayev, KOB dostu).
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır