Yaponiyanın mərkəzində 5,9 maqnitudada zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumatında bildirilir.
Zəlzələnin episentrinin Honsü adasının İbaraki prefekturasında, ocağının 70 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Yerli medianın məlumatına görə, qısamüddətli təkanlar Tokioda hiss olunub. Sunami xəbərdarlığı verilib, lakin tezliklə ləğv edilib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.
Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb
Aİ ölkələri artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiqini təklif edirlər