22 avqust 2026 18:18
122

Zelenski: Makron "Patriot" sistemləri üçün raketlərin alınmasında Ukraynaya kömək etməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun "Patriot" sistemləri üçün zəruri raketlərə malik digər tərəfdaşlarla danışıqlarda kömək etməyə hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə Makronla təxminən iki saat davam edən telefon danışığının yekunlarına dair yazıb.

"Bu, ilk növbədə, hava hücumundan müdafiə sistemlərinə olan ehtiyacla bağlıdır. Biz Fransa Prezidentinin "Patriot" sistemləri üçün zəruri raketlərə malik olan digər tərəfdaşlarımızla kommunikasiyada kömək etmək hazırlığını yüksək qiymətləndiririk. Biz həmçinin Fransanın HHM imkanlarını müzakirə etdik. Mən Emmanuelə zərbələrlə bağlı vəziyyət barədə məlumat verdim", - Zelenski yazıb.

Tərəflər, həmçinin Rusiyanın Ukraynaya zərbələri ilə bağlı vəziyyəti, Fransa avadanlıqları və raketlərinin tədarükünün sürətləndirilməsini müzakirə ediblər.

"Biz Fransa istehsalı olan ən yeni avadanlıq və raketlərin tədarükünün sürətləndirilməsi ilə bağlı razılığa gəldik. Raket istehsalı üçün lisenziyaların verilməsinə hazır olduğunuzu təsdiqlədiyinizə görə təşəkkür edirəm", - Zelenski qeyd edib.