22 avqust 2026 13:54
118

Krasnodarda PUA hücumu nəticəsində iki uşaq ölüb

Rusiyanın Krasnodar diyarının Yeysk rayonunda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində iki nəfər həlak olub, iki nəfər xəsarət alıb.

“İki sahil” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, həlak olanlar uşaqlardır.

Bundan başqa, PUA qalıqları liman ərazisindəki müəssisəyə düşüb. Orada başlayan yanğın söndürülür.