21 avqust 2026 12:13
81

İsmayıllıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı canlı rəsm sərgisi keçirilib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində 21 avqust 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı canlı rəsm sərgisi keçirilib.

Tədbirdə Mərkəzin direktoru, Mərkəzin əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, İsmayıllı şəhər 1 nömrəli məktəbin rəsm müəllimi və uşaqlar iştirak ediblər.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yaşadıqları bölgənin təbiətinə, tarixinə və mədəni irsinə maraqlarının artırılmasıdır.

Tədbirdə rəssam tərəfindən uşaqlar üçün ustad dərsi keçirilib. Uşaqlara rəsm çəkmək texnikaları, təbiətin, ətraf mühitin təsviri, rənglərin düzgün seçilməsi, eləcə də kompozisiyanın qurulması ilə bağlı məlumat verilib. İştirakçılar yaşadıqları bölgənin təbiətini, mənzərəsini və gözəlliklərini öz yaradıcılıq nümunələrində əks etdiriblər.

Sonda tədbir iştirakçılarına Mərkəz tərəfindən təşəkkürnamə və İsmayıllı Bələdiyyəsi tərəfindən hədiyyələr təqdim olunub.