21 avqust 2026 22:14
110

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Gənclərin peşə təhsili, karyera imkanları və gələcək inkişaf istiqamətləri barədə məlumatlandırılması məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub.

“İki sahil” xəbər verir ki, infotur Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin və Qəbələ regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

İnfotur zamanı istehsalat sahələrinə baxış keçirilib, təcrübə mübadiləsi aparılıb. Gənclərə Peşə Təhsil Mərkəzinin fəaliyyəti, burada tədris olunan ixtisaslar, təhsilalanlar üçün yaradılmış şərait, peşə təhsilinin üstünlükləri və qəbul imkanları barədə ətraflı məlumat verilib. Gənclər mərkəzin emalatxana, istehsalat sahələri və tədris infrastrukturu ilə tanış olub, peşə təhsilinin gələcək karyera imkanlarına verdiyi töhfələr barədə fikir mübadiləsi aparıblar.