20 avqust 2026 15:08
220

Ruminiyanın "F-16" qırıcısı Qara dənizdə qaz yatağı yaxınlığında dəniz dronunu məhv edib

Ruminiyanın "F-16" qırıcısı Qara dənizdəki "Neptun Deep" qaz yatağı ərazisində partlayıcı maddə ilə təchiz olunmuş dəniz dronunu məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ruminiyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse məlumat verib.

"Bu səhər Sahil Mühafizəsi Konstantsadan 80 mil şərqdə, müstəsna iqtisadi zonada yerləşən 'Neptun Deep' yatağı perimetrində qaz hasilatı işlərinin aparıldığı yerdən bir neçə yüz metr aralıda dəniz dronunun aşkar edildiyini bildirdi", — deyə o öz "Facebook" səhifəsində yazıb.

Hərbi idarənin rəhbəri bildirib ki, "bu perimetrdə çalışan bir neçə yüz insanın mühafizəsi və kritik vacib infrastrukturanın təhlükəsizliyinin təmin edilməsi üçün" Ruminiyanın iki "F-16" qırıcısı havaya qaldırılıb və onlar birincisi partlayıcı ilə yüklənmiş pilotsuz aparatı məhv edib.