İsrailin İdlibdəki Abu əz-Zuhur hərbi aerodromuna endirdiyi zərbədən sonra Ankara və Dəməşq hərbi sahədə əməkdaşlığa dair yeni saziş bağlaya bilərlər. Sənəddə Tel-Əviv tərəfindən gələ biləcək ehtimal olunan təhdidlərə cavab mexanizmlərinin yenilənməsi də təklif edilir.
“İki sahil” xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
"Syria TV" telekanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri avqustun 18-də İdlibdə yerləşən Abu əz-Zuhur hərbi aerodromuna hücum edib. ABŞ-nin Türkiyədəki səfiri, həmçinin ABŞ Prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak "i24" telekanalına bildirib ki, bu hava zərbəsi İsrail və Türkiyə arasında birbaşa hərbi toqquşmaya qədər gətirib çıxara biləcək kəskin gərginlik yarada bilərdi. O, İsrail, Suriya və Türkiyə arasında münaqişələrin qarşısının alınması mexanizminin yaradılması üzərində iş aparıldığını qeyd edib.
"Türkiye" qəzetinin məlumatına görə, Ankara İsrail tərəfindən gələn təhdidlərə qarşı önləyici tədbir kimi birgə təlimlərin keçirilməsini, eləcə də Türkiyənin AWACS təyyarələri və HHQ qırıcılarının sərhədyanı rayonlarda fasiləsiz patrul xidməti aparmasını təklif edib. Orta müddətli perspektivdə nəzərdə tutulan tədbirlər arasında Suriyanın hava məkanının hərbi uçuşlar üçün bağlanması da yer alır.
Türkiyə Suriyanın yeni hakimiyyətinə silahsız qüvvələrin yenidən təşkili, modernləşdirilməsi və hərbçilərin hazırlanmasında genişmiqyaslı köməklik göstərir. İki ölkə arasında hərbi əməkdaşlıq 2025-ci ilin avqustunda Ankarada imzalanmış memorandum əsasında həyata keçirilir.
Şahzadə Harriyə dövlət mühafizəsinin ayrılması ilə bağlı qərar hələ qəbul edilməyib