Rusiyanın Ukraynanın Jitomir vilayətindəki Milli Polis Baş İdarəsinin binasına pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində iki hüquq-mühafizə orqanı əməkdaşı ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin teleqram kanalındakı bəyanatında bildirilib.
"Jitomir Rusiya qoşunlarının zərbəsinə məruz qalıb… Bu zərbə iki polisin həyatına son qoyub. Azı 20 nəfər xəsarət alıb", – qurumdan bildirilib.
Bəyanata görə, atəş nəticəsində binanın damında və dördüncü mərtəbəsində yanğın baş verib.
Hadisə yerində polislər, xilasedicilər və digər təcili xidmətlər işləyir.
Almaniya Çernobıl AES-in qoruyucu konstruksiyasının bərpası üçün 50 milyon avroyadək vəsait ayıracaq
İspaniya Seutadakı 500 miqrant uşağın ölkənin əsas ərazisinə köçürülməsinə icazə verəcək
NATO: Alyans ölkələri İran tərəfindən gələn istənilən təhdidə qarşı durmağa hazırdır