İspaniya hökuməti Seutada olan 500 miqrant uşağın ölkənin əsas ərazisinə köçürülməsinə icazə verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, Şimali Afrika sahillərində yerləşən və İspaniyaya məxsus Seuta ərazisinə iyulun 30-da daxil olan təxminən 70 min nəfərin əksəriyyəti Mərakeşə geri qayıdıb. Bununla belə, İspaniya qanunvericiliyinə əsasən, müşayiətsiz miqrant uşaqlar 18 yaşına çatana qədər dövlətin himayəsində olmalıdır.
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska avqustun 13-də qanunsuz olaraq Seuta və ya digər İspaniya ərazisi olan Melilyaya daxil olan şəxslərin geri qaytarılacağını bildirmişdi.
Məlumatda qeyd edilib ki, uşaqların materikə köçürülməsi siyasi baxımdan həssas məsələdir. Mühafizəkar Xalq Partiyası və ifrat sağçı “Vox” tərəfindən birgə idarə olunan bir sıra regionlar onlara ayrılacaq kvotanı qəbul etmək istəmir və ya buna qarşı çıxır.
Gənclər Nazirliyi Seuta hökuməti ilə birlikdə təcili plan hazırlayır. Plana əsasən, xüsusilə qızlar olmaqla, ən həssas vəziyyətdə olan uşaqlara qeyri-hökumət təşkilatları və uşaq müdafiəsi qurumları nəzarət edəcək.
Avropa Komissiyası isə Aİ qanunvericiliyinə əsasən, Seutada qalan bütün miqrantların, o cümlədən müşayiətsiz yetkinlik yaşına çatmayanların Mərakeşə qaytarılmalı olduğunu bildirib.
Rusiyanın Jitomirə endirdiyi zərbə nəticəsində 2 polis ölüb, 20 nəfər yaralanıb
Almaniya Çernobıl AES-in qoruyucu konstruksiyasının bərpası üçün 50 milyon avroyadək vəsait ayıracaq
NATO: Alyans ölkələri İran tərəfindən gələn istənilən təhdidə qarşı durmağa hazırdır