Almaniyanın Federal Ətraf Mühit Nazirliyi Çernobıl Atom Elektrik Stansiyasının (AES) qoruyucu konstruksiyasının təmiri üçün Ukraynaya 50 milyon avroyadək yardım göstərməyi planlaşdırır.
“İki sahil” "Welt" nəşrinə istinadən xəbər verir ki, bu barədə Federal Maliyyə Nazirliyinin Bundestaqın büdcə komitəsinə ünvanladığı məktubda bildirilib.
"Təmir xərcləri azı 500 milyon avro həcmində qiymətləndirilir, Ukraynanın bunu toplaya bilməsi çətin görünür. Təmir son dərəcə mürəkkəbdir", – məlumatda nazir Karsten Şnayderin sözlərinə istinadən bildirilib.
Şnayder özü Ukraynadadır və bu çərçivədə o, Çernobıl AES-i ziyarət etməyi planlaşdırır.
Nazirlik müvafiq məbləğdə vəsaitin 2026-cı maliyyə ilində növbədənkənar ayrılmasına icazə verilməsini xahiş edir, ödəniş isə 2027-ci ildə həyata keçirilməlidir.
Avropa İttifaqı Çernobıl AES-in yeni izolyasiya konstruksiyasının yaradılmasına qrant yardımı şəklində 75 milyon avro yönəldəcək.
Qeyd edək ki, 2025-ci ildə dağıdılmış nüvə reaktorunun üzərindəki qoruyucu örtük Rusiya pilotsuz uçuş aparatının zərbəsi nəticəsində zədələnmişdi.
Rusiyanın Jitomirə endirdiyi zərbə nəticəsində 2 polis ölüb, 20 nəfər yaralanıb
İspaniya Seutadakı 500 miqrant uşağın ölkənin əsas ərazisinə köçürülməsinə icazə verəcək
NATO: Alyans ölkələri İran tərəfindən gələn istənilən təhdidə qarşı durmağa hazırdır