Moskva yaxınlığında hava hücumundan müdafiə qüvvələri paytaxta doğru uçan daha səkkiz pilotsuz uçuş aparatını (PUA) vurub.
“İki sahil” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin «Maks» platformasında məlumat verib.
Onun sözlərinə görə, bununla da günün əvvəlindən Moskva yaxınlığında məhv edilən PUA-ların sayı 33-ə çatıb.
Sobyanin bildirib ki, pilotsuz uçuş aparatlarının qalıqlarının düşdüyü ərazilərdə operativ xidmətlərin əməkdaşları çalışır. Hadisə nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də yerə dəyən ziyan barədə məlumat verilməyib.
Moskva aviasiya qovşağının bütün hava limanları isə adi rejimdə fəaliyyət göstərir.
Dövlət Baxçalıdan çağırış: Siyasi partiyalar və seçki sistemi yenidən tənzimlənməlidir