19 avqust 2026 13:39
89

Ukraynada növbəti antikorrupsiya əməliyyatı

Ukrayna Milli Anti-Korrupsiya Bürosu (NABU) "yüksəksəviyyəli korrupsiyanın ləğvi" üzrə xüsusi əməliyyat keçirdiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə NABU-nun "YouTube" kanalında dərc olunan videomaterialda bildirilir.

Məlumata görə, cinayətkar qruplaşmanın tərkibinə Vladimir Zelenskinin Ofisinin rəhbərinin müavini İrina Mudraya, Ali Radanın keçmiş deputatı, dövlət bankının idarə heyətinin sədri və digər şəxslər daxildir.

"NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğu (SAP) yüksəksəviyyəli korrupsiyanın ləğvi üzrə xüsusi əməliyyat çərçivəsində cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasını təşkil və təmin edən bir qrup şəxsi aşkar edib. Söhbət 150 milyon qrivnadan (3,3 milyon dollar) nağd puldan gedir. İstintaqın məlumatına görə, bu vəsaitlər "Midas" işi üzrə cinayətkar təşkilatın iştirakçılarından biri üçün girov ödənişi kimi saxta şirkətlərin hesabları vasitəsilə qanuni dövriyyəyə daxil edilib. Qrupun tərkibinə Vladimir Zelenskinin Ofisinin rəhbər müavini, keçmiş deputat, dövlət bankının idarə heyətinin sədri və digər şəxslər daxil idilər", — deyə NABU-nun "YouTube" kanalında dərc olunan videomaterialda bildirilir.