19 avqust 2026 14:24
74

Dövlət Baxçalıdan çağırış:  Siyasi partiyalar və seçki sistemi yenidən tənzimlənməlidir

MHP sədri Dövlət Baxçalı "Terrorsuz Türkiyə" hədəfi başda olmaqla günün vacib siyasi məsələlərinə dair mühüm bəyanatlarla çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Prezident Hökumət Sisteminin əhəmiyyətini vurğulayan Baxçalı seçki sistemi ilə bağlı diqqətçəkən çağırış edib. MHP lideri: "Növbəti mərhələdə sistemin ruhuna uyğun, siyasi sabitliyi və demokratik inkişafı əsas götürən bir anlayışla siyasi partiyalar və seçki sistemi yenidən tənzimlənməlidir", - deyə bildirib.

O, qeyd edib ki, Türkiyə 16 aprel 2017-ci ildə həyata keçirdiyi konstitusiya dəyişikliyi ilə ən mühüm idarəetmə islahatlarından birinə imza ataraq Parlament Sistemindən Prezident Hökumət Sisteminə keçmişdir. Növbəti mərhələdə sistemin ruhuna uygun, siyasi sabitliyi və demokratik inkişafı əsas götürən bir anlayışla siyasi partiyalar və seçki sisteminin də yenidən tənzimlənməsi vacibdir: "Bizim strateji hədəfimiz Prezident Hökumət Sistemi ilə buxovlarından azad olan Türkiyənin sabitliklə 2053-cü ildə lider ölkə və süper güc halına gəlməsidir".