19 avqust 2026 12:16
100

İran Fars körfəzi ölkələrinə ABŞ-yə yardım etməmək barədə xəbərdarlıq edib

İran Silahlı Qüvvələri Fars körfəzi ölkələrinə ABŞ hərbçilərinə yardım göstərməyin yolverilməzliyi barədə xəbərdarlıq edərək, bu cür dəstəyin onun hərbi əməliyyatlarında iştirak kimi qiymətləndiriləcəyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdollahinin bəyanatına istinadla məlumat yayıb.

"Biz xəbərdarlıq edirik ki, ABŞ silahlı qüvvələrinə göstərilən hər hansı yardım və ya dəstək ABŞ-nin hərbi əməliyyatında iştirak etmək demək olacaq. Bu qədər çox sayda hərbi təyyarənin, xüsusilə də yanacaqdaşıyan təyyarələrin qəbul edən ölkələrin xəbəri olmadan regiondakı bazalarda yerləşməsi çox da inandırıcı görünmür", - Baş Qərargah rəisi bildirib.