19 avqust 2026 09:26
97

İsrail ordusu Livanın cənubuna zərbələr endirib

İsrail ordusu Livanın cənubundakı Əli əl-Tahir təpələrinə, həmçinin Dohat Kafr Rummanı, Deyr Saryan və Əl-Kantara bölgələrinə hava zərbələri endirib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Hücumlar zamanı ölənlərin və yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, İsrail ordusu bu il martın 2-dən Livana qarşı hücumlara başlayıb. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, həmin vaxtdan indiyədək ölkədə 4346 nəfər ölüb, 12 min 301 nəfər yaralanıb. Livan hökuməti hücumlar nəticəsində ölkə daxilində didərgin düşmüş insanların sayının 1 milyonu keçdiyini açıqlayıb. Livan və İsrail arasında bu il aprelin 17-də atəşkəs elan olunub və bir neçə dəfə uzadılıb. Buna baxmayaraq, hücumlar davam edir.