19 avqust 2026 08:09
94

İran BƏƏ-nin ərazisinə raket atması ilə bağlı ittihamlarını rədd edib

Tehran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın Silahlı Qüvvələrinin əmirliyə raket atması ilə bağlı ittihamlarını rədd edib.

“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Tehran BƏƏ-nin ərazisinə raket atılması ilə bağlı iddialarını qəti şəkildə rədd edir və İslam Respublikasına qarşı bu cür ittihamlardan təəssüflənir. Sözçü ittihamları mehriban qonşuluq prinsiplərinə zidd, regional dövlətlər arasında etimad yaratmaq və Fars körfəzində qeyri-sabitliyin qarşısını almaq üçün səylərə zərərverici adlandırıb.

BƏƏ-nin Müdafiə Nazirliyi daha əvvəl ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin İran ərazisindən iki ballistik raket atıldığını aşkar etdiyini bildirib. Nazirliyin məlumatına görə, raketlərdən biri ölkənin ərazi sularından kənara, digəri isə onların içinə düşüb. Nazirlik zərbənin dəniz gəmiçiliyinə yönəldiyini aydınlaşdırıb.