11 avqust 2026 15:00
86

Livan İsraillə danışıqların yeni raundunun vaxtını müəyyənləşdirməyib

Livan tərəfi ABŞ-nin vasitəçiliyi ilə İsraillə aparılan danışıqların növbəti raundunun tarixini hələ müəyyən etməyib və İsrail tərəfinin Beyrutun tələblərini qəbul etməsini gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə rəsmi Livan mənbələrinə istinadla "Al Araby" telekanalı məlumat yayıb.

Mənbə qeyd edib: "İsrail tərəfi bizim tələblərimizi qəbul edənədək İsraillə növbəti danışıqların tarixini müəyyənləşdirməyə tələsmirik". Onun sözlərinə görə, Livan tərəfinin tələblərinə ölkənin cənubunda İsrail qüvvələrinin çıxarılacağı sözdə "pilot zonaların" genişləndirilməsi, atəşkəs rejiminin möhkəmləndirilməsi və infrastruktura endirilən zərbələrin dayandırılması daxildir.

Buna qədər diplomatik mənbə bildirib ki, yaxın vaxtlarda Livan və İsrail nümayəndə heyətləri arasında yeni danışıqlar raundunun keçirilməsi planlaşdırılmır. Onun sözlərinə görə, "yeni danışıqlar raundu baş tutarsa, bu, böyük ehtimalla yaydan sonra olacaq". Mənbə həmçinin bu mərhələdə ölkələr arasında birbaşa danışıqların keçirilməsi imkanını istisna edib. İki ölkənin nümayəndə heyətlərinin ABŞ-nin vasitəçiliyi ilə yeddinci məsləhətləşmə raundu avqustun 4-dən 6-dək Romada baş tutub.