11 avqust 2026 13:26
89

Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb

Suriya məhkəməsi sabiq prezident Bəşər Əsədi bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilib və qiyabi ölüm hökmü çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmır. Bu arada, "Al-Hadath" telekanalının məlumatına görə, məhkəmə onun qardaşı Mahir və xalası oğlu Atif Nəcibi də qəsdən adam öldürmə və işgəncə verməkdə təqsirli bilib.

"Məhkəmə həmçinin Mahir əl-Əsədi qəsdən adam öldürmə, işgəncə vermə və təhrikçilikdə təqsirli bilib və onu ölüm cəzasına məhkum edib", - telekanal qeyd edir.

Bəşər Əsədin dövründə Dəra əyalətində siyasi təhlükəsizlik bölməsinə rəhbərlik edən Atif Nəcib barəsində də ölüm hökmü çıxarılıb.

Qeyd edək ki, Bəşər Əsəd Suriyada başçılıq etdiyi rejimin silahlı çevriliş zamanı devrilməsindən sonra 2024-cü ilin dekabrında ailəsi ilə birlikdə Rusiyada sığınacaq alıb.