Serbiya Prezidenti Aleksandr Vuçiç Avropanın böyük bir müharibənin astanasında olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Axel Springer" şirkətinin baş direktoru Matthias Döpfnerin aparıcılığı ilə keçirilən verilişdə danışıb.
Ukraynadakı vəziyyətə toxunan Serbiya lideri yaxın vaxtlarda sülhə nail olunacağına inanmadığını qeyd edib: "Düşünürəm ki, biz daha böyük bir müharibənin başlanğıcındayıq. Mən ümid edirdim ki, kimsə Ukraynada sülhə nail olmaq üçün səy göstərəcək, lakin bu baş vermədi və yaxın vaxtlarda da baş verməyəcək. Bu da o deməkdir ki, biz daha böyük müharibənin astanasındayıq".
A.Vuçiç münaqişənin yaxın gələcəkdə bitəcəyini istisna edib. "Müharibənin bu il və ya gələn yazdan əvvəl bitəcəyini düşünmürəm", - deyə bildirən prezident mövcud şəraitdə hər hansı kompromis həll üçün imkan görmədiyini vurğulayıb.