09 avqust 2026 21:38
115

İtaliya kəşfiyyatından xəbərdarlıq: Seuta radikal terrorçuların mərkəzinə çevrilə bilər

İtaliya xüsusi xidmət orqanları İspaniyanın muxtar Seuta şəhərinin cihadçı radikallaşma və terrorçuların cəlb edilməsi mərkəzinə çevrilə biləcəyi barədə hökuməti xəbərdar ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, İtaliya kəşfiyyatı bu qiymətləndirməni hazırlayarkən İspaniya xüsusi xidmətlərinin məlumatlarından da istifadə edib. Xüsusi xidmət orqanları, həmçinin Seutaya yeni kütləvi miqrasiya dalğasının hazırlanması barədə məlumatların yayıldığı sosial şəbəkələri izləyirlər.

İlkin olaraq sosial şəbəkələrdə aksiyanın avqustun 15-nə planlaşdırıldığı yazılıb. Lakin son müzakirələrdə onun daha erkən tarixə keçirilə biləcəyi bildirilir.

Xatırladaq ki, iyulun sonunda 72 min miqrant üzərək Seutaya çatıb. Onların bir çoxu artıq Mərakeşə qayıdıb. Miqrasiya böhranı fonunda İtaliya və İspaniya hökumətləri arasında münasibətlər də gərginləşib.