Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar, ona əsasən üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Sənəd avqustun 7-də Məkkədəki Əl-Səfa sarayında keçirilən birgə müdafiə üzrə sammitdə imzalanıb. Sazişi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif imzalayıblar.