07 avqust 2026 13:57
105

Tayvan ilk dəfə olaraq təlimlərdə modifikasiya olunmuş "Abrams" tankından istifadə edib

Tayvan hərbçiləri illik "Hanquan" təlimlərində ABŞ tərəfindən tədarük edilmiş modifikasiya olunmuş bütün 108 ədəd "M1A2T Abrams" tankından ilk dəfə istifadə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Liberty Times" qəzeti məlumat yayıb.

Tanklar havadakı üstünlüyün ciddi təhlükə altında olduğu ssenaridə işə salınıb. Döyüş maşınları üç əsas rayonda yerləşdirilib: adanın inzibati mərkəzi Taybeyə aparan Dansuy çayının mənsəbi və Danszyan körpüsü ərazisində; desant əməliyyatları və hava hücumları üçün həssas olan Taybey limanı və Bali rayonunun sahilində; həmçinin adanın şimalındakı Taoyuan və Ssinçu şəhər rayonlarının nəqliyyat magistrallarında.

Bundan əlavə, tanklar Taoyuan beynəlxalq hava limanının müdafiəsinin işlənməsinə cəlb olunub.

"M1A2T" Amerika istehsalı olan "M1 Abrams" tankının yeni variantıdır. Vaşinqton 2019-cu ildə Taybeyə bu cür 108 maşının satışını təsdiqləyib. Döyüş maşınlarının son partiyası Tayvana 2026-cı ilin aprelində gəlib.

20 min nəfərin iştirakı ilə illik "Hanquan" hərbi təlimləri Tayvanda avqustun 5-də başlayıb.