30 iyul 2026 13:15
50

Təhsil Tələbə Krediti Fondunun rəqəmsal platforması Qızıl Mükafata layiq görülüb

Təhsil Tələbə Krediti Fondunun "Elektron Təhsil Tələbə Krediti" rəqəmsal platforması dünyanın nüfuzlu rəqəmsal kommunikasiya müsabiqələrindən biri olan dotCOMM Awards 2026 çərçivəsində Qızıl Mükafata (Gold Award) layiq görülüb.

“İki sahil” xəbər verir ki, bu beynəlxalq uğur təhsil xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşlara şəffaf və əlçatan xidmətlərin təqdim edilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

Əldə olunan bu nailiyyət Fondun rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi işlərin, innovativ yanaşmasının və vətəndaş mərkəzli xidmət modelinin beynəlxalq səviyyədə tanınmasının növbəti təsdiqidir.