Milli Məclisin deputatı Əminə Ağazadə Kürdəmirin Karrar və Muğanlı kəndlərində seçicilərlə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşlər zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər, eləcə də şikayət və təkliflər qeydə alınıb.
Deputat bildirib ki, görüşlər zamanı səsləndirilən problemlər aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılacaq və onların həlli istiqamətində müvafiq addımların atılması üçün məsələlər nəzarətdə saxlanılacaq.
Ombudsman erməni əsilli məhkumların hüquqlarının təminatı ilə bağlı iddialara münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib