28 iyul 2026 13:13
69

ADPU əməkdaşlarının tədqiqatları 20-dək beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşlarının 2026-cı ilin birinci yarısında apardıqları elmi tədqiqatların nəticələri beynəlxalq akademik bazalarda indekslənən nüfuzlu jurnallarda çap olunub.

“İki sahil” xəbər verir ki, ADPU-dan bildirilib ki, universitet əməkdaşlarının müxtəlif elm sahələrini əhatə edən 20-dək məqalələri Q1 və Q2 kateqoriyalı jurnallarda dərc edilib.